Wednesday, January 1, 2020

İSMAYILOVA MƏSMƏ ƏLIYULLA QIZI - IN AZERBAIJANI



İSMAYILOVA MƏSMƏ ƏLIYULLA QIZI

                                         
İnsan Və Dəniz

İnsan bir kitabdır,
Oxuduqca bitməyir.
Bu kitabda həm kədər,həm qüssə,
Həm də  sevinc məskən salıb yaşayır.

Amma bu sonsuz kitabın
Bir dostu, sirdaşı var.
Bu dənizdir, ucu-bucağı görünməyən...
Sevinci də,kədəri də,sonunadək...
Bölən dəniz...

Mavi rəngli,ağ ləpəli,
Bəzən susub,bəzən coşan...
Bəzən də caşıb səmtini,
Qəfildən dəyişən dəniz...
İnsana dost, sirdaş dəniz.

Dərdim məni boğan zaman...
Dənizimə üz tuturam.
Ürəyumdəkin deyib,
cavabını gözləyirəm.
Dəniz sakit,dinməz durur.

Sonra bir an sükut çökür.
Baxıram sonsuz dənizə...
Sanki dəniz deyir mənı :
Mənim kimi kədər sonsuz...
Mənim kimi sevinc sonsuz.

Amma həyat çox qısadır.
Calış qısa həyatı sən...
Yaşayasan sevinclə sən.
Yaşadığın hər sevinclə
Sonsuz dənizi sevindir sən.
                                              







Sən Mənim Nəfəsimsən

Yaşamamçın nəfəs gərək...
Sən mənim nəfəsimsən...
Yanımdaykən...uzaqdaykən...
Ürəyimi döyündürən nəfəsimsən...
Sən mənim nəfəsimsən...
Əgər məndən uzaq düşsən
Kəsilər nəfəsim mənim
Görməz gözüm...
Döyünməz ürəyim...
Sən mənim nəfəsimsən...
Məndən uzaq düşsən əgər..
Qaralar dünyam mənim...
Mənsiz ñəfəs alsan əgər...
Daralar nəfəsim mənim...
Sən mənim nəfəsimsən...
Sən yox olma gözəl sözlüm...
Şirin sözlüm yox olma sən...
Sən yox olma ölərəm mən...
Nəfəs versən yaşaram mən...
Sən mənim nəfəsimsən....

                                                         






Gəlb Sındırma

Gəlb sındırma
həyat bitər...
Sonra peşman olarsan sən...
Sınan qəlbin faydası nə?
Parıltısız günəş kimi...
Göydə donmuş ulduz kimi...
Gəlb sındırma
donar həyat....
Damardakı al qan kimi...
Hər yatanın çarəsi var
Parçalanmış  qəlbdən başqa...
Parçalanan hər nə varsa
əvəzi var bu dünyada..
Bir tək döyünən ürəyin...
Bərabəri yox həyatda..
Gəlb sındırma
qoy döyünsün
Səpələnən ulduz kimi
işıq saçsın həyatına...
Sevindirsin daim səni...

                                                         






Nədən Biz Həyatdayıq

Həyat və biz....
Görən biz bu həyata
Nədən gəldik...
O həyat ki...
Gah güldürər...
Gah ağladar....
Sonda yenə...
.yaşanılan şirin həyat
Keşmə keşli çətin həyat
Hərdən bir də görürsən ki...
Xəyal gedib uzaqlara...
Həyatdakı addımlara...
Baxıram mən həyatıma
Sevinc dolu gün görürəm
Yenə həmin günlərdəki...
Sevincimə qoşuluram...
Həyatdakı sevinçim də..
İki şirin övladımdır....
Elə o səbəbdən də
Mən bugünkü həyatdayam....


İSMAYILOVA MƏSMƏ ƏLIYULLA QIZI


İSMAYILOVA MƏSMƏ ƏLIYULLA QIZI. Azərbaycan. Azərbaycan Dövlət Pedaqoji Universiteti. 1963-cü Azərbaycanın paytaxtı Bakıda anadan olub.Ali təhsillidir.Dilçidir.Ailəlidir.İki övladı var.Hal hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzində baş müəllim işləyir.
                                  



No comments :

Post a Comment